Koronavirusdan qorunmaq mövzusunda yeni sosial çarxlar hazırlanıb - VİDEO

21 Mart 2020 12:41

Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən daha 3 yeni sosial çarx hazırlayıb.

Bu sosial çarxlar "Yaşlıları koronavirusdan qoruyaq!", "Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?" və "Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?" mövzularına həsr edilib.

Milli.Az