Şahmat üzrə Avropa çempionatı təxirə salınıb

21 Mart 2020 11:27

Şahmat üzrə Avropa çempionatı təxirə salınıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna koronavirus pandemiyası səbəb olub.

Mayın 18-29-da təşkil olunmalı yarış Sloveniyada keçirilməli idi. Lakin Avropa Şahmat İttifaqı (ECU) yarışı dekabrın 8-21-də təşkil olunmasına qərar verib.

Milli.Az