Bakıda ər arvadını bıçaqlayıb

21 Mart 2020 10:25

Bakının Xəzər rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Hüseynova Zülfiyyə Sadıq qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Qadın kürəyinin sol hissısinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Milli.Az