Bakıda 45 yaşlı kişi naməlum şəxslər tərəfindən bıçaqlanıb

21 Mart 2020 09:16

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

45 yaşlı Ceyhun Dadaşov naməlum şəxslərlə mübahisə zəminində bıçaq xəsarətləri alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşridilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az