Rakitiç keçmiş klubuna qayıda bilər

20 Mart 2020 21:59

"Barselona"nın futbolçusu İvan Rakitiç yayda "Sevilya"ya qayıda bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, xorvat yarımmüdafiəçi sabiq klubuna dönməyi karyerası üçün ən uyğun variant hesab edir.

"Sevilya" Kataloniya təmsilçisinə 32 yaşlı oyunçu ilə maraqlandığını bildirib. Artıq Rakitiçin meneceri ilə danışıqlar aparıldığı vurğulanıb.

Qeyd edək ki, Rakitiç 2011-2014-cü illərdə "Sevilya"da oynayıb.

Milli.Az