Bayram günü qayınanasını bıçaqladı

20 Mart 2020 21:54

Goranboy rayonunda 25 yaşlı oğlan 39 yaşlı qayınanasını bıçaqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Tərtər rayon Düyərli kənd sakini, 1995-ci il təvəllüdlü Kürdoğlu Hüseynov qısqanclıq zəminində qayınanası, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Leyla İsgəndərovanın bədənin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq xəsarətləri yetirib. L. İsgəndərova xəstəxanaya yerləşdirilib.

K. Hüseynov isə saxlanılıb, istintaq davam etdirilir.

Milli.Az