İkimərtəbəli evdə yanğın olub

20 Mart 2020 11:06

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 450 m² olan ikimərtəbəli mansarda tipli evin mansardasının döşəməsi 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az