Bakıda gənc oğlan döyülərək çənəsi sındırılıb

19 Mart 2020 22:26

Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Dadaşov Aqil Adil oğlu marketin qarşısında naməlum şəxs tərəfindən döyülüb. Onun çənə sümüyü sınıb. Yarall 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az