Hindistanda beynəlxalq hava limanları bağlanır

19 Mart 2020 19:39

Hindistan hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədəki beynəlxalq hava limanlarını bağlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərar martın 22-dən qüvvəyə minəcək.

Hava limanları bir həftə müddətində bağlı qalacaq.

Qərara əsasən, həmin müddət ərzində Hindistanda bütün beynəlxalq kommersiya reyslərinin enişinə qadağa qoyulub.

Qeyd edək ki, bu günədək Hindistanda 197 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib.

Milli.Az