Bugünkü valyuta hərracında tələb tam təmin edilib - Mərkəzi Bank

19 Mart 2020 16:44

Martın 19-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən Milli.Az-a bildirilib ki, hərracda tələb 243,7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Milli.Az