"Sevmək istəyirəm" - Faiq Ağayev

19 Mart 2020 16:49

"Anam bilir ki, heç nəyi tələsik edən deyiləm. O da nəvə istəyir. Gözləntiləri var. Özüm isə qız övladı istəyirəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Şou ATV" verilişində deyib. Müğənni evlənmək, ata olmaq haqda sualları cavablandırıb. Sənətçi "Sevmək istəmirsiz" sualına belə cavab verib:

"Sevmək istəyirəm. Kim istəmir ki? Sevgi bizi böyük qəhrəmanlıqlara vadar edir. Adi həyatda etmədiklərimizi sevəndə edirik. Hər şey sevgi üzərində qurulub. Ailə qurursan, o sevgidən uşaq doğulur. Böyüyür ata-ananı sevir. Sonra özəl sevgi tapır, ailə qurur. Sevgi zəncir kimidir. Necə istəyə bilmərəm sevgi?".

Milli.Az