Salahdan 1,17 milyon avroluq yardım

19 Mart 2020 14:39

İngiltərənin "Liverpul" klubunun və Misir millisinin hücumçusu Məhəmməd Salah xeyirxah addım atıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, koronavirus pandemiyası səbəbiylə ölkəsinə maddi yardım edib. Salah pandemiya ilə mübarizə üçün Misirə 1,17 milyon avro yardımla yadda qalıb.

Koronavirus səbəbiylə bir çox ölkələrin çempionatları, o cümlədən İngiltərə Premyer Liqası dayandırılıb.

Milli.Az