“Məncə, siz ölün!” - Hüsniyə

19 Mart 2020 13:59

Aparıcı Hüsniyə Məhərrəmova bölgələrdən Bakıya gediş-gəlişin məhdudlaşdırılması ilə bağlı status yazıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, sosial şəbəkə istifadəçilərinin bu xəbərə birmənalı yanaşmamasını qınayıb:

"Hər şey bir qırağa... Amma bölgələrdən Bakıya gəlişin məhdudlaşdırılması ilə bağlı xəbərlərinin altında "qıjıları buraxmayın", "qıjılardan canımız qurtarar" kimi şərhlər yazanlar, məncə, siz ölün!".

Qeyd edək ki, Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər bölgələrdən gediş-gəlişlər martın 29-nadək məhdudlaşdırılıb.

Milli.Az