Ronaldunun sevgilisi karantin qaydalarını pozub - FOTO

19 Mart 2020 12:49

"Yuventus"un hücumçusu Kriştianu Ronaldunun sevgilisi Jorjina Rodriqes karantin qaydalarını pozaraq alış-verişə gedib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Jorjinanın şəkli alış-verişə çıxan başqa bir qadın tərəfindən çəkilib. Bu, Kriştianu Ronaldunun fanatlarının narazılığına səbəb olub. Onlar Jorjinanın 35 yaşlı futbolçunun səhhətinə ciddi yanaşmadığını bildiriblər.

Ronaldu və Jorjina Portuqaliyada karantində saxlanılırlar.

Milli.Az