NATO-nun Bakıdakı beynəlxalq seminarı təxirə salındı
19 Aprel 2010 12:53
Xarici İşlər Nazirliyinin məlumatına görə, buna səbəb Avropa qitəsində uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınmasıdır. Qeyd edək ki, İslandiyada vulkan püskürməsi nəticəsində atmosferə külli miqdarda kül daxil olması təyyarələrin uçuşu üçün təhlükə yaradır, bu səbəbdən Avropa ölkələrinin böyük əksəriyyətində hava məkanı uçuşlar üçün qadağan edilib.
Bakıda keçirilməsi nəzərdə tutulan NATO seminarı BMT Təhlükəsizlik Şurasının adi silahlar haqqında 1540 saylı qətnaməsinin müzakirəsinə həsr olunmalı idi. Seminarda iştirak etmək üçün NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Robert Simmonsun və alyansa üzv ölkələrin yüksək vəzifəli təmsilçilərinin Bakıya səfəri nəzərdə tutulurdu.