Ermənistanda gün ərzində daha 8 nəfər yoluxub

19 Mart 2020 08:42

Ermənistanda koronavirusa yoluxanların sayı ümumilikdə 110 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

Qeyd edib ki, bundan əvvəl respublikada koronavirusa 102 nəfərin yoluxduğu təsdiqlənmişdi: "Son sutkada Ermənistanda daha 6 koronavirus hadisəsi təsdiqlənib. Onların ümumi sayı 110-a çatıb".

Milli.Az