Musleradan Superliqanın dayandırılmamasına sərt reaksiya - FOTO

19 Mart 2020 08:53

"Qalatasaray"ın kapitanı Fernando Muslera Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemirin Superliqanın davam edəcəyi ilə bağlı açıqlamasına sərt reaksiya verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, uruqvaylı qolkiper Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın koronavirusla bağlı yeni qərarları açıqladığı toplantıda aralarında bir oturacaq boşluq olan millət vəkillərinin şəklini paylaşaraq "Doğrudan məyusam, Rəqiblərimizə qarşı belə müdafiə olunacağıq?" yazıb.

Milli.Az