Bakıda mənzildə qadın meyiti tapılıb

18 Mart 2020 21:45

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Çernyuk Klavdiya Fomiçinanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az