Salyanda minik avtomobili yanıb

18 Mart 2020 21:27

Salyan rayonununda yanğın hadisəsi olub.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Rayonun Qarabağlı kəndində "ГАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az