Səfurə Əlizadə ölümdən döndü – FOTOSESSİYA - VİDEO

19 Aprel 2010 20:01
Mahnının klip çəkilişləri zamanı müğənni ölüm təhlükəsi ilə üzləşib. Təmsilçimizin rəsmi internet saytında verilən məlumata görə, klipin çəkilişi ötən həftəsonu Kiyevdə beş ulduzlu oteldə baş tutub.

Ancaq bu çəkilişlər Səfurə Əlizadəyə baha başa gəlib. Müğənni hovuzda aparılan çəkilişlər zamanı boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Hadisəni şərh edən Səfurə Əlizadə üzə bilmədiyini deyib: "Amma klipdə yer alacaq bir neçə səhnənin çəkilişi üçün hovuzda səkkiz saat qalmalı oldum və qəflətən boğulmaq təhlükəsi ilə rastlaşdım. Bu anı heç zaman unuda bilməyəcəyəm. Şoka düşmüşdüm. Məni təhlükədən qurtardığına görə, bütün yaradıcı heyətimizə minnətdarlığımı bildirirəm. Yoxsa həyatımı itirə bilərdim".

Klipin rejissoru Rupert Ueynrayt bu hadisədən sonra Səfurə Əlizadənin ilk sözünün "mən hazıram, bu səhnəni bir daha çəkək" olduğunu bildirib: "Mən çox təəccübləndim, inana bilmirdim ki, Səfurə bu şokdan dərhal sonra çəkilişlərə davam etməyi istədi. Çoxsaylı sənətçilər bu təhlükədən sonra çəkilişdən imtina edərdi, ancaq Səfurə davam etmək istədiyini dedi. Səfurə hələ gəncdir, ancaq güclüdür. Onun uğur qazanacağına əminik".

Xatırladaq ki, klipin çəkilişinə dünyanın məşhur rejissoru, xareoqrafı və stilisti cəlb edilib. Klipin bir hissəsi suyun altında çəkilir. Milli.Az eurovisiontalents.com saytına istinadən, klip çəkilişlərindən görüntüləri təqdim edir.

Milli.Az, ANS Press

----------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------