“BMW” istehsalı dayandırır - SƏBƏB

18 Mart 2020 17:03

Almaniyanın "BMW" avtomobil istehsalşısı bu gündən Aropadakı zavodlarında istehsalı dayandırır.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə şirkətin İdarə Heyətinin başçısı Oliver Tsipse bəyan edib.

Qeyd edilir ki, istehsal koronavirusun sürətlə yayılması və epidemiyanın fəsadları səbəbindən dayandırılır və qərar aprelin 19-dək qüvvədə olacaq.

Son məlumata görə, Almaniyada koronavirusa yoluxanların sayı 6 min nəfəri keçib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 160-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 190 mini, ölənlərin sayı isə 7 mini keçib.

Milli.Az