Gürcüstan klubu azərbaycanlı futbolçu ilə ilə yollarını ayırdı

18 Mart 2020 19:49

Gürcüstanın "Merani" klubu Tural Rzayevlə yollarını ayırıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Tbilisi təmsilçisi 26 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Tural diz bağları qopduğu üçün uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu səbəbdən elita klubu onunla yollarını ayırıb.

Rzayev Azərbaycanda "Kəpəz"də oynayıb.

Milli.Az