Erməni maqnatın oğlu koronavirus şübhəsi ilə karantinə alınıb

18 Mart 2020 19:19

Rusiyada inşaat maqnatının oğlu koronavirus şübhəsi ilə karantinə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, söhbət Moskvadakı "Yerevan Plaza"nın sahibi Gennadi Stepanyanın oğlu Şaqor Stepanyandan gedir.

Məlumata görə, hazırda o müayinə olunur. Şaqorda hələlik tənəffüs yollarının kəskin infeksiyası aşkarlanıb. Ondan yaxma götürülüb, hazırda "Uhan virusu" ilə bağlı analizlər aparılır.

Testin nəticələrinin açıqlanacağı vaxta qədər Stepanyan Moskvanın Rublyovka ərazisində yerləşən kottecində özünü təcrid edib.

Milli.Az