"Trabzonspor" Obi Mikellə yollarını ayırdı

18 Mart 2020 10:38

"Trabzonspor" yarımmüdafiəçisi Con Obi Mikellə yollarını ayırıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Nigeriyalı futbolçunun müqaviləsi 2021-ci ilin yayında bitirdi.

Obi Mikel 2019-cu ildən "bordo-mavililər"də çıxış edirdi. O, bu mövsüm 27 oyun keçirib.

Milli.Az