Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST

18 Mart 2020 09:24

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 18-nə olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.

Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 166 ölkə/ərazi üzrə 198 543 nəfərdir. Son yoluxma sayı 326 nəfərdir. Onların içərisində 7 988 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 82 779 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1 100 nəfər yeni sağalanlardır.

Milli.Az