Peşə məktəblərində oxuyanlar üçün də teledərslər keçiriləcək

18 Mart 2020 09:08

Peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslər təşkil olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, bu gündən peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslərin çəkilişinə başlanılır. Teledərslərin yayımına Novruz bayramından sonra başlanılacaq.

Milli.Az