QMİ: Məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb

17 Mart 2020 22:46

Bu gün Qafqaz Müsəlmanları İdarəsində Qazilər Şurası və səlahiyyətli şəxslərin iştirakı ilə iclas keçirilib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Məlumatda qeyd edilir ki, iclasda koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın ölkə üzrə bütün kütləvi kütləvi tədbirlərin təxirə salınması haqqında qərarına əsasən, məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb.

İclasda dindarların bu qərara əməl etmələri xahiş olunub.

Milli.Az