Dənizə düşən 2 nəfər xilas edilib

17 Mart 2020 21:21

Bakının Səbail rayonunda 2 nəfərin dənizə düşüb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlar sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az