UEFA bu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Avro-2020-nin koronavirus epidemiyasına görə təxirə salındığını rəsmən açıqlayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransından sonra qərar verilib. Turnirin gələn il 11 iyun-11 iyul tarixlərində keçiriləcəyi bildirilib.
Xatırladaq ki, Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan qitə çempionatının 4 oyunu Bakıda olacaq.
Milli.Az