Bosniya və Herseqovinada fövqəladə vəziyyət elan olundu

17 Mart 2020 19:10

Bosniya və Herseqovinada fövqəladə vəziyyət elan edilib.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə Baş nazir Zoran Teqeltiya bildirib.

Baş nazir qeyd edib ki, qərar hökumətin fövqəladə çağırılmış iclasında sürətlə yayılan koronavirus təhlükəsi səbəbindən qəbul edilib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 160-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 170 mini, ölənlərin sayı isə 7 mini keçib.

Milli.Az