İraqın yeni Baş naziri kim oldu?

17 Mart 2020 19:00

İraq Prezidenti Barham Saleh Adnan əz-Zurfini Baş nazir təyin edib.

Milli.Az Day.Az-a istinadən bildirir ki, Baş nazirə 30 gün ərzində yeni hökuməti formalaşdırmaq tapşırılıb.

54 yaşlı Adnan əz-Zurfi hüquq elmləri namizədidir. Baş nazir təyin olunana qədər İraq Parlamentində deputat, "Nasr" koalisiyasının rəhbəri olub.

Milli.Az