UEFA qərar verdi - Avropa çempionatı gələn il keçiriləcək

17 Mart 2020 16:37

UEFA Avropa çempionatını 1 il təxirə salacaq.

Milli.Az xəbər verir ki, koronavirus pandemiyasına görə qurum turniri 1 il təxirə salmağı təklif edib. UEFA-ya üzv olan 55 ölkənin federasiyası, Avropa klublar birliyi və FIFPro bu təklifi qəbul edib.

Turnir 2021-ci ilin 11 iyun-11 iyul tarixlərində baş tutacaq.

Milli.Az