Premyer Liqada ayın baş məşqçisi müəyyənləşdi

17 Mart 2020 19:20

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Milli.Az xəbər verir ki, "Börnli"nin çalışdırıcısı Şon Dayç bu mükafata layiq görülüb. 48 yaşlı mütəxəssis bu mükafat uğrunda mübarizədə Mikel Arteta ("Arsenal"), Ole-Qunnar Sulşayer ("Mançester Yunayted") və Kris Uelderi ("Şeffild Yunayted") qabaqlayıb.

İngilis mütəxəssis 2-ci dəfə bu mükafatı qazanıb.

"Börnli" ötən ay keçirdiyi 5 oyunun 2-də qalib gəlib, 3-də heç-heçə edib.

Milli.Az