Əl yumağı xatırladan tətbiq istifadəyə verildi

19 Mart 2020 23:50

Koronavirusa yoluxma hallarının qarşısını almaq məqsədilə istifadəçilərə əl yumağı xatırladan tətbiq istifadəyə verilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Play Store-da yayımlanan Wash Your Hands adlı tətbiq günün müəyyən saatlarında əlləri yumaq üçün telefona bildiriş göndərir. O, əlləri 20 saniyə suda saxlamaq lazım olduğunu da xatırladır. Tətbiqdə 20-dən başlayaraq geri sayan sayğac quraşdırılıb.

Tətbiq hazırda yalnız iPhone istifadəçiləri üçün aktivdir. Amma Play Store-da Android istifadəçiləri üçün də buna bənzər tətbiqlər mövcuddur.

Milli.Az