Fransa hökuməti 3 nəhəng şirkəti cəzalandırdı

19 Mart 2020 21:40

Fransa Amerikanın texnologiya nəhənglərindən olan Apple-a 1,1 milyard avroluq cəza verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, buna səbəb kimi Apple və onun iki müttəfiqinin rəqabət mühitinə zidd addımlar atması göstərilir.

Qərara görə, Apple-la müttəfiq olan iki şirkətə də pul cəzası kəsilib.

Tech Sara-ya 63 milyon, İngram Micro-ya isə 76 milyon avroluq cəza cərimə tətbiq olunub.

Milli.Az