Prezident İlham Əliyev Akif Məlikovla bağlı sərəncam imzaladı

17 Mart 2020 16:01

Prezident İlham Əliyev A.T.Məlikovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Akif Turan oğlu Məlikov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".

Milli.Az