"Həbib - Ferqyuson döyüşü baş tutacaq" - Deyna Uayt suallara son qoydu

17 Mart 2020 14:07

Koronavirus pandemiyasına rəğmən UFC 249-un proqramına daxil edilən Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşü baş tutacaq.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, təşkilatın prezidenti Deyna Uayt bu barədə ESPN-in jurnalisti Brett Okamotoya məlumat verib:

"Həbib - Ferqyuson döyüşü baş tutacaq. Yəqin ki, ABŞ-da yox... Azarkeşlərsiz keçirilmə ehtimalı da var. Amma bu döyüş baş tutacaq".

Sözügedən döyüş aprelin 18-nə təyin olunub.

Milli.Az