“Koronavirusa qarşı bir yeşik araq almışam” - MOİK-in oyunçusu

17 Mart 2020 10:32

Mənim koronavirusla bağlı heç bir panikam yoxdur. Artıq bir yeşik araq almışam. Bir sözlə, mən hazıram.

Milli.Az ökə.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın MOİK hokkey komandasının müdafiəçisi Nikita Nesterov deyib.  

26 yaşlı idmançı Kontinental Hokkey Liqası ilə bağlı müsahibə verərkən koronavirusla bağlı suala belə cavab verib: "Mən sadəcə koronavirus haqda düşünmürəm. Həmişə olduğu kimi yaşayıram. Ancaq əllərimi həmişə yuyurdum. Bir sözlə, hər şey qaydasındadır". 

Milli.Az