Qazaxda yük avtomobili yanıb

17 Mart 2020 08:49

Qazax rayonunun Daş Salahlı kəndində "Mercedes" markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi, 3 ədəd təkəri yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az