Ermənistanda daha 17 koronavirusa yoluxma qeydə alınıb

17 Mart 2020 08:58

"Ermənistanda son gündə 17 yeni koronavirusa yoluxma hadisəsi aşkar edilib".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Facebook hesabında bildirib.

Qeyd edib ki, ölkədə ümumi yoluxanların sayı 45-ə çatıb.

Milli.Az