Sumqayıt şəhərində çoxmərtəbəli binada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəhərin doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə ev əşyaları 10 m² sahədə və eyvanın yanar konstruksiyaları 3 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az