Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinə yeni rəis təyin edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə kapitan Emil Vəliyev bu vəzifəyə gətirilib.
Qeyd edək ki, E.Vəliyev buna qədər həmin bölmədə təbliğat və təşviqat üzrə inspektor vəzifəsində çalışıb.
Milli.Az