Bakıda evdə qanunsuz doğuş oldu, yeni doğulan uşaq öldü

16 Mart 2020 17:24

Bakıda evdə yeni doğulan uşaq dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib. Həmin qəsəbədəki nömrəsiz evdə yaşayan Yevlax rayon sakini, 1988-ci il təvəllüdlü M. Y. yaşadığı evdə təbii doğuş həyata keçirmək istəyib. Heç bir həkim iştirakı olmadan M. Y. oğlan uşağı dünyaya gətirsə də, yeni doğulan körpə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az