İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu məlum olub.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu, "Mançester Yunayted"in futbolçusu Bruno Fernandesdir. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçi Premyer Liqada ötən ay iştirak etdiyi 3 oyunda 1 qol, 2 məhsuldar ötürməylə yadda qalıb.
Milli.Az