Bakıda “Shacman” piyadanı vurub öldürdü

16 Mart 2020 18:49

Səbail rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, martın 16-da saat 1 radələrində rayonunun A.M.Ələkbər küçəsində İmişli rayon sakini R.Sadıqov idarə etdiyi "Shacman" markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurmuş və həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az