PSJ "Mançester Siti"nin futbolçusunu istəyir

16 Mart 2020 17:15

"Mançester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez cari mövsümün sonunda komandadan ayrıla bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu PSJ-nin hədəfindədir. "Şəhərlilər"in futbolçunun klubdan ayrılmasına icazə verdiyi bildirilir. Paris təmsilçisi ilə futbolçu arasında razılıq əldə olunsa, keçid yay transfer dövründə reallaşa bilər.

2018-ci ildən "Mançester Siti"nin şərəfini qoruyan əlcəzairli futbolçunun klubla müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub.

Milli.Az