Azərbaycanla Türkiyə arasında uçuşlar martın 31-dək dayandırılıb

16 Mart 2020 13:43

Azərbaycanla Türkiyə arasında aviareyslər koronavirus təhlükəsi il əlaqədar martın 31-dək dayandırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərar martın 15-dən qüvvəyə minib.

Qərara əsasən, qeyd olunan tarixlərə biletləri olan müştərilər həmin biletləri geri qaytara, mayın 31-dək uzada və ya mayın 31-dək başqa istiqamətə uçuşlara dəyişə bilər.

Azərbaycanda qalan Türkiyə vətəndaşları üçün zərurət yarandığı təqdirdə təxliyə uçuşları təşkil olunacaq.

Milli.Az