Teledərslərin sabaha olan cədvəli açıqlanıb

16 Mart 2020 13:42

Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" kanalında yayımlanan "Dərs vaxtı" proqramının 17 mart üçün nəzərdə tutulan teledərslərin cədvəli açıqlanıb.

Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, teledərslər saat 10:00-da başlayacaq.

Sabaha olan cədvəli təqdim edirik:

Azərbaycan bölməsi üzrə

I sinif - Azərbaycan dili, Riyaziyyat, Musiqi;

II sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili;

III sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili;

IV sinif - Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi;

VI sinif - Riyaziyyat, Azərbaycan tarixi, Fizika, Biologiya;

X siniflər üçün isə Kimya, İngilis dili, Coğrafiya və Biologiya dərslərini izləyə biləcəklər.

Rus bölməsi üzrə dərslər saat 14:00-dan etibarən yayımlanacaq.

II sinif - Rus dili, Riyaziyyat, Həyat bilgisi;

VI sinif - Rus dili, Fizika, Biologiya;

VII sinif - Riyaziyyat, Biologiya, Coğrafiya;

IX sinifləri - Rus dili, Riyaziyyat, Kimya dərslərini izləyə bilərlər.

Milli.Az