Almaniyada Azərbaycan əsilli qadın yandırılaraq öldürüldü

16 Mart 2020 21:17

Almaniyanın Lemqo şəhərində Azərbaycan əsilli qadına hücum olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, naməlum maskalı velosipedçi yanan əskini yaxınlıqdan keçən qadının başına atıb. Sonradan 33 yaşlı həmin qadının azərbaycanlı olduğu müəyyənləşib. Qadın aldığı yanıqlar nəticəsində həyatını itirib.

Polis cinayətkarın axtarışına başlayıb.

Milli.Az