“Fiat Chrysler” Avropada zavodlarını bağlayır

16 Mart 2020 18:19

"Fiat Chrysler" avtokonserni Avropadakı FCA və "Maserati" müəssisələrində istehsalın müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Milli.Az Day.Az-a istinadən bildirir ki, şirkətin bununla bağlı yaydığı məlumatda qeyd edilib ki, söhbət İtaliya, eləcə də Serbiya və Polşadakı bir neçə müəssisədən gedir.

Həmin müəssisələrdə istehsalın martın 27-ə qədər dayandırılması planlaşdırılır və qərarın koronavirusun hazırda Avropada sürətlə yayılması fonunda verildiyi açıqlanır.

Son məlumata görə, təkcə İtaliyada koronavirusa yoluxanların sayı 20 mini, ölənlərin sayı isə 1500 nəfəri keçib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 150-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 160 mini, ölənlərin sayı isə 6 mini keçib.

Milli.Az